İran

Firuzabad körpüsü milli əsərlər siyahısına salınıb

Ərdəbil əyalətinin tarixi Firuzabad körpüsü ilk sənaye tikilişli memarlıq əsəri kimi Milli Əsərlər Listəsinə salınıb. Körpü 1312-ci ildə Firuzabad bəxşinin mərkəzindən keçən çayın üzərində alman mühəndislər tərəfindən tikilib. Uzunluğu 20, hündürlüyü isə 15 metr olan tarixi tikili Alman nizamilərinin keçməsi üçün nəzərdə tutulub. Bildirək ki, Firuzabad körpüsü Küy vilayətində turizmin gəlişməsində önəmli rol oynayır. Memarlıq üslubu baxımından İranın tarixi tikililərindən fərqlənir. Qeyd edək ki, Ərdəbil Əyalətinin Fərhəngi Miras Sazimanı bir neçə ildir körpünün təmiri ilə bağlı işlər görür. Ancaq hələ də işlər yekunlaşdırılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button