İran

Yəməndə iranlı hərbçilər həlak olub

"Ələrəbiyyə" xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin paytaxtı Sənada Husi qruplaşmasına məxsus hərbi bazada baş verən partlayış nəticəsində iranlı və livanlı hərbi mütəxəssislər həlak olub.

Onlarla da yəmənli silahlısının ölümünə səbəb olan partlayış Sənanın şərqindəki Əl-Həfa bazasında yerləşən təlim düşərgəsinin yaxınlığında raket montajı mərkəzi və sursat anbarının dağılmasına səbəb olub.

Yəmənin “Xəbar” xəbər agentliyi də yəmənli hərbi mənbəyə istinadən bildirib ki, bu partlayışlar İrana bağlı husi silahlıları tərəfindən Əl-Həfa bazasından uğursuz raket atması nəticəsində baş verib.

Yəmənin Husi silahlı qruplaşması İran tərəfindən dəstəklənir və son illərdə İranın bu qruplaşmaya silah göndərməsi ilə bağlı çoxlu xəbərlər dərc olunub.

Bir müddət əvvəl “Wall Street Journal” Birləşmiş Millətlər Təşkilatının Ekspertlər Şurasının Amerikanın aşkar etdiyi və İran tərəfindən Yəmən husilərinə göndərildiiyi minlərlə silahla bağlı hesabat dərc etmişdi.

Hesabatda faktlara əsaslanaraq İranın cənubunda yerləşən Cask limanının bu ölkədən Yəmənə və başqa yerlərə silah qaçaqmalçılığı mərkəzinə çevrildiyi yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button