İran

Abadanda sərt təhlükəsizlik tədbirləri, həbslər davam edir: İnternet məhdudlaşdırılıb

Əldə edilən məlumatlara əsasən, İranın Xuzestan əyalətinin Abadan şəhərinə yeridilmiş çox sayda təhlükəsizlik qüvvələri aksiya keçirmək istəyən etirazçı əhaliyə gözyaşardıcı qazla hücum edərək, habelə interneti məhdudlaşdıraraq və vətəndaşları həbs edərək şəhərdə hərbi vəziyyət elan edib.

Artıq bir neçə gündür ardıcıl olaraq Abadanla yanaşı, Xuzestan əyalətinin bir sıra şəhərlərində baş qaldıran etiraz aksiyaları və anti-hökumət şüarları mayın 30-u gecə də davam edib.

Sosial mediada yayılan videolara görə, dünən Abadanda ciddi etiraz aksiyası baş tutub və əmniyət gücləri, o cümlədən mülki geyimli polislər şəhərin Şapur parkında etirazçı insanları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bununla yanaşı, etiraz mitinqlərinin baş tutacağı bəzi bölgələrə girişlər hökumət qüvvələri tərəfindən tutulub. Yayılan video və görüntülərdə bir sıra etirazçıların yaralandığı da görünür.

Related Articles

Bir cavab yazın

Back to top button