İran

İranda müəllim hüquqları fəalı aclıq aksiyasına əl atıb

İranda Müəllimlərin Həmkarlar İttifaqının bildirdiyinə görə, müəllim hüquqları fəalı, məhbus İskəndər Lütfi zindanda quru aclıq aksiyasına başlayıb.

Məlumata əsasən, Lütfi məcburi etirafların alınması üçün müstəntiqlərin ona qarşı təzyiqlərinə, habelə qeyri-qanuni həbsinin davam etməsinə etiraz olaraq quru aclıq akisyasına əl atıb.

Bildirilir ki, İskəndər Lütfi mayın 30-da ailəsi ilə telefonla danışarkən aclıq aksiyasına başladığını deyib və ondan sonra telefon bağlantısı kəsilib.

Xatırladaq ki, Lütfi 1 May Ümumdünya Əmək Günündə baş tutan kütləvi etiraz aksiyaları zamanı həbs edilib və hazırda Sənəndəc şəhər zindanında saxlanılır.

O da bir sıra fəhlə və müəllim fəalları kimi, “Fransa sindikatının iki fəalı ilə görüşmə” kimi saxta ittihamla həbsə atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button