İran

BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yayıb

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb:

“İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır”.

Bununla yanaşı, Almaniyanın xarici işlər naziri Analena Bearbuk da bu hücumları şokedici adlandırıb və vurğulayıb ki, iranlı qızların Tehran və Ərdəbildə qorxmadan məktəbə getmək haqları pozulub.

Həmçinin Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayaraq, Tehran rejiminin şagirdlərin zəhərlənməsi ilə bağlı məsələdə məsuliyyətsizlik etdiyini və qadınlara, qızlara qarşı zorakılıqlara laqeyd yanaşdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button