Azərbaycanİran

ETTELAAT güneyli gəncə işgəncə verib: o, bir neçə dəfə döyülüb, barmaqları sındırılıb

2022-ci ilin sentyabr ayının 22-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən Təbrizdə həbs edilən Şəhriyar Cəfərinin taleyi barədə məlumat verilmir. Bu barədə onun yaxınları məlumat yayıblar.

Ailəsi etiraz aksiyalarında iştirak etdiyi bəhanəsi ilə həbs edilən gəncin SEPAH-ın təhlükəsizlik təcridxanasına aparıldığını bildirib. Şəhriyar Cəfəri təcridxanada məcburi etiraf verməsi üçün fevral ayında işgəncələrə məruz qalıb.

“Şəhriyardan məcburi etiraf almaq üçün bir neçə dəfə döyüblər, barmaqlarını sındırıblar. Fevral ayından sonra bizə onun barəsində heç bir məlumat verilməyib. Ağır işgəncə verildiyi üçün onun öldürülməsindən nigaranıq”, – deyə Cəfərinin yaxınları bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button