İran

ƏRDƏBİLLİ ŞAGIRDLƏRDƏ KÖKLÜK PROBLEMİ VAR

Ərdəbil Ustanı istisnayi uşaqlar Təhsil İdarəsinin rəisi Məhəmməd Şəfayi tir ayının 6-da, “ustanda şagirdlərin Kökəlmək göstəricisi yüzdə yeddi yarım olmaqla ölkə üzrə ortalama miqdar olan yüzdə beş yarım-dan çoxdur”, – deyib.
Məhəmməd Şəfayi bildirib ki, “şagirdlərin ölkə üzrə Sağlamlığı Ölçmə Mərkəzlərinə müraciət etdikləri vaxt bəlli olub ki, boylarının aşağı və arıq olduqları müşkülü var. Amma ustanımız Boyların Aşağı və Arıq olma Şaxisi üzrə ölkənin ustanları sırasında bu 2 şaxis üzrə durumu yaxşıdır”.
Məhəmməd Şəfayi Ölçmə Tərhi Sitadının icra dəbiri olaraq, “ötən təhsil ilində ustan üzrə 22 min 363 şagirdlərin dəyərləndirdiyini bildirib. Bu saydan 18 min 135 şagirddə heç bir probleml olmayın və Adi mədrəsələrə getmələrinə icazə verilib. Amma şagirdlərdən yüzdə 1.18-i müşkülləri olan şagird kimi tanınıb. Qəti təşxis üçün təxəssüsi mərkəzlərə yönəldilib və görmə, eşitmə, şüur, cisim, hərəkət və Otism baxımdan müayinə olunublar. Yoxlanılmağa göndərilmiş 4 min 101 nəfərdən 2 min 221 şagirddə ümumi problem, 247 şagird fərqlənən, 19 min 843 şagird isə adi olduqları bəlli olunaraq nəticələrə görə, uyğun mədrəsələrə göndəriliblər. 11 şagirddə təhsil şəraitinə malik olmama təşxis verilmiş və gücləndirmə (reabilitasiya) imkanlardan istifadə edə bilmələri üçün Behzisti (dispanser) İdarəsinə göndərildilər”, – deyə məlumat verib. Ərdəbil Ustanı Baş Təhsil İdarəsinin müdiri Əhməd Nasiri də bu barədə öz fikrini bildirib. “Ötən il kənd və elat bölgələrində ustanın şagirdlərinin yüzdə yüzünə sağlamlıq ölçmə tərhi icra olunub. Bu il isə həmin tərh Tir ayının 23-dən başlayaraq Şəhrivər ayının 15-dək davam etdiriləcək”, – deyərək əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button