İran

Zənganda qanunsuz qazıntı ilə məşğul olanlar tutulublar

Bu ilin 9 ayında qanunsuz qazıntı ilə məşğul olan 31 nəfər tutuqlanıb. Bu barədə Zəngan ustanı Fərhəngi Miras, Turizm və Əl Sənayesi Baş İdarəsi Qoruma Alayının fərmandehi sərhəng Hüseynəli Fəzli açıqlama verib. O, bildirib ki, 9 ay ərzində tarixi əsərlərə və tikililəri qoruma yeqanı tərəfindən 1483 dəfə baş çəkilib. Bu da ötən ilə görə yüzdə 30 artım deməkdir.
“Zəngan ustanı Fərhəngi Miras Baş İdarəsi Qoruma Alayı tərəfindən 9 ayda 134 çeşidli tarixi əsərin qaçaqçılığı, habelə qanunsuz saxlanılması kəşf olunub. 6 tikinti projəsinə nəzarət, 82 tarixi yükün iskort olunması gerçəkləşdirilib. 39 müttəhəm tutuqlanıb”,-deyə sərhəng Hüseynəli Fəzli bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button