İran

Türkiyə mətbuatı Ayıldan yazıb

İranda türk adlarının qadağan olması və türk ailələrin bu yöndəki mübarizələri Türkiyə mətbuatında geniş səviyyədə yayılıb. Ərdəbildə yaşayan güney azərbaycanlı musiqiçi Səccad Colani avrilin 6-da, 9 ay mübarizədən sonra “Ayıl” adına sicilli ala bilib. Belə ki, fəalın qızına verilən kimlik sənədində onun adı Ayıl olaraq rəsmiləşdirilib. Xəbər “İranda türk ata qızına türkcə ad vermək mücadiləsini qazandı”, “İranda Azərbaycan türkü ailənin türkcə zəfəri”, “Ayıl kimliyinə qovuşdu” və ayrı başlıqlar altında verilib. Türkiyənin “Anadolu” xəbər ajansı, “CCN TURK” televizyon kanalı, “Miliyyət”, “Yenişafak”, “Posta”, “Star” qəzetləri, “TRTTÜRK”, “Haber7”, “Takvim” və “İstiklal” xəbər saytlarında bu məsələyə geniş yer ayrılıb.
Xatırladaq ki, Səccad Colani dəfələrlə Ayıl adının təsdiqi üçün ilgili qurumlara müraciət etsə də, onun müraciətinə rədd cavabı verilib. Nəhayət 9 ay sürən bu mücadilə fəalın İranın Səbt-Əhval qurumunun tutduğu yanlış siyasətiniə qələbəsi ilə bitib.

Related Articles

Bir cavab yazın

Back to top button