İran

İranda qadın jurnalistə 34 ay həbs cəzası verildi

O, stadiona girməyə cəhdə görə cəzalandırılıb.

İran Məhkəmə Hakimiyyəti journalist və ictimai fəal Mehtab Quluzadəyə 34 ay həbs və pul cəzası verib.

Bu barədə onun vəkili Əmir Rəisian Twitter paylaşımında məlumat yayıb.

“Xanım Quluzadə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən “yalan məlumatlar yayma” və “hökumətə qarşı təbliğat fəaliyyəti” kimi saxta ittihamlarla 2 il 10 ay azadlıqdan məhrum olunub, habelə 15 milyon tümən nağd pul cəzasına məhkum edilib”-deyə, vəkil bildirib.

Vəkil Əmir Rəisian bütün bu cəzaların 5 il müddətinə şərti olduğunu qeyd edib.

Qeyd edək ki, bundan öncə aprelin 5-də Məhtab Quluzadənin məhkəmədə olması ilə bağlı ona çağırış göndərilmişdir.

Quluzadə, xarici mediaya verdiyi müsahibələr, Xuzistan əyalətində su üsyanı barədə hazırladığı xəbərlər və icbari hicaba qarşı çıxdığına görə basqılara məruz qalıb.

Bundan öncə 2021-ci ilin avqust ayında İranın təhlükəsizlik məmurları Məhtab Quluzadənin evinə basqın edərək onun şəxsi əşyalarını müsadirə edib, özünü təcridxanaya aparmışdılar.

Jurnalist ötən ilin dekabr ayında 1 milyard tümənlik ağır girov qarşılıında azadlğıa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button