Dünya

İngiltərə klubu Avropa Konfrans Liqasının qalibi oldu

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gəliblər.

Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

“Report”un məlumatına görə, ilk qolu 62-ci dəqiqədə “Vest Hem”dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib.

Cəmi 5 dəqiqə sonra “Fiorentina” tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib.

Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya “Roma”sı olub.

Related Articles

Bir cavab yazın

Back to top button