Dünya

Çili hökuməti Rusiya şirkətlərinə göndərilmiş dəvəti ləğv edib

Çili hökuməti Rusiya şirkətlərinə FİDAE hərbi və aerokosmik sərgidə iştirakla bağlı göndərdiyi dəvəti ləğv edib.

Aznews tv-nın xəbərinə görə, bu barədə Çilinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya hücuma görə Çili hökuməti Rusiya şirkətlərinə 5-10 aprel tarixlərində keçiriləcək FİDAE aerokosmik sərgisində iştirak üçün göndərilmiş dəvəti ləğv edib.

Qeyd edək ki, FİDAE Latın Amerikasının ən böyük aerokosmik və hərbi sərgisi hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button