Azərbaycanİran

Qərbi Azərbaycan əyalətinin 5 qeyri-maddi əsəri dövlət qeydiyyatına alınmır

Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Təşkilatının sədr müavini Davud Fərazi bildirib ki, əyalətin 5 qeyri-maddə əsəri dövlət qeydiyyatından keçməyi gözləyir.

Fərazi şarıq tikmə, köçəri həyat tərzi və milli ritualların yer aldığı əsərlər siyahısı qeydiyyatdan keçmək üçün İran Mədəniyyət Nazirliyinə təqdim olunsa da, hələ heç bir cavab ala bilməyiblər.

O, bu əsərlərin qeydiyyata alınacağı təqdirdə Qərbi Azərbaycan əyalətinin qeydiyyatdan keçmiş qeyri-maddsi əsərlərinin sayının 87-ə çatacağını deyib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində 1698 əsər İranın, Tikantəpənin “Təxti Süleyman” tarixi kompleksi və Çaldıranın “Qara Kilsə”si isə beynəlxalq mədəni irs siyahısına salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button