Azərbaycanİran

Tehran şəhərində 70 min azyaşlı uşaq müxtəlif növ işlərə cəlb edilərək istismar olunur

Bu barədə Tehran Şəhər Şurasının Səhiyyə Komitəsinin sədri Sudə Nəcəfi "Həmşəhri" qəzetinə açıqlamasında deyib.

O, bu uşaqların təhsildən uzaqlaşdırılaraq ağır işlərə cəlb edildiklərini və yaşayış yeri, əməkhaqqı, normal qidalanma və səhiyyə xidmətlərindən məhrum olduqlarını bildirib.

Qeyd edək ki, bir müddət bundan öncə açıqlanan hesabatda İranda 120 min azyaşlı uşağın məişət tullantılarının yığılması ilə məşğul olduğu qeyd olunub.

Qeyri-rəsmi məlumatlarda isə bu statistikanın həqiqəti əks etdirmədiyi və küçədə yaşayan, məcburi işə cəlb olunan azyaşlıların sayının daha çox olduğu vurğulanır

Related Articles

Bir cavab yazın

Back to top button