Dünyaİran

Amerika Ədliyyə Nazirliyi: “SEPAH üzvü Con Boltona qarşı sui-qəsd planlaşdırıb”

SEPAH üzvü Donald Trampın prezidentliyi dövründə Amerikanın milli təhlükəsizlik müşaviri Con Boltonu sui-qəsddə ittiham olunub. Bunu Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi avqustun 10-da elan edib.

Nazirliyin rəsmi xəbər saytında dərc edilən açıqlamaya görə, təqsirləndirilən şəxs Mehdi Rzayi kimi tanınan, Tehranda doğulmuş 45 yaşlı Şəhram Pursafi adlı şəxsdir.

İsrail radiosunun verdiyi xəbərə görə, adı çəkilən SEPAH zabiti hazırda Amerika Federal Polisi (FTB) tərəfindən “qətl törətmək üçün muzdlullar cəlb etmək” ittihamı ilə bağlı axtarışdadır.

Bu açıqlamada adı çəkilən şəxsin Amerikada İnqilabı Keşikçiləri Korpusu adından qətl törətmək üçün insanları işə götürməkdə əli olduğu bildirilib.

45 yaşlı Şəhram Pursafinin, 2020-ci ilin yanvarında İranın Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, Boltona qarşı sui-qəsd təşkil etməyə cəhddə ittiham olunur.

Şəhram Pursafi Vaşinqtonda və ya Merilend ştatında cənab Boltonu öldürmək üçün Amerikadakı insanlara 300 min dollar ödəməyi” planlaşdırmaqda günahlandırılır.

Related Articles

Bir cavab yazın

Back to top button