İran

İranda məktəblərin qeyri-rəsmi saatlarda icarəsinə icazə verilib

Təhsil Vizarətinin Bərnaməcızma və Qaynaqların Gəlişdirilməsi İdarəsi “Bir Sıra Mali Müqərrəratın Tənzimlənməsi” qanununu iblağ edib. Qanunun 2-ci maddəsinə əsasən, Təhsil Vizarəti mədrəsələrin qeyri-rəsmi saatlarda icarəyə verilməsi ilə bağlı mücəvviz çıxarıb. Bununla yanaşı vizarətin istifadə edilməyən əmlaklarının satışa çıxarılmasına qərar verilib. Beləliklə, təhsil müəssisələri qeyri-rəsmi saatlarda təhsil və ya fərhəngi fəaliyyətlər üçün özəl bəxşə icarəyə veriləcək. Xatırladaq ki, Təhsil Vizarəti “Bir Sıra Malı, İdari və Təmin Müqərrəratının Tənzimlənməsi” adlandırılan tərhi İslami Şura Məclisinə önərib. Tərh Nigəhban Şurası tərəfindən 1399-cu ilin 11 azərində təyid edilib.

Related Articles

Bir cavab yazın

Back to top button