İran

İranın məhsul ixracının həcmi açıqlanıb

İranın Ərdəbil vilayətinin Biləsuvar mərz keçid məntəqəsində 2020-ci ilin mars-desambr ayları ərzində sadir edilən məhsulların həcmi açıqlanıb. Belə ki, il ərzində sadirat həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə yüzdə 30 artaraq 136 milyon Amerika dolları olub. İranın əsas sadirat etdiyi məhsullar içərisində yeralma, şüşə, seramik məhsulları və plastik məhsullar üstünlük təşkil edir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın İrana sadiratı 2019-cu illə müqayisədə 6,2 dəfədən çox azalıb. Nəticədə sadirat dəyəri 1 milyon 349 min Amerika dolları təşkil edib. Varidat isə 3 dəfədən çox azalaraq 24 milyon 052 min dollar olub. Qeyd edək ki, Biləsuvar Azərbaycanla mərz olan keçid məntəqəsidir və vilayətin yeganə sərhəd terminalı hesab edilir. Rusiya, Gürcüstan və Azərbaycan isə İranın sadiratında əsas ölkələrdir.

Related Articles

Bir cavab yazın

Back to top button