Dünya

BAĞDADIN “YAŞIL ƏMNİYYƏT BÖLGƏSİ”NƏ RAKET ATILDI

Məlumata görə, xordadın 29-da, cümə axşamı səhər saatlarında Bağdadın Yaşıl Əmniyət Bölgəsinə ən az dörd raket atılıb. Raketlər Amerikanın Bağdadın Yaşıl Bölgəsində yerləşən səfirliyinin yaxınlığına düşüb və onların partlayış səsləri eşidilib.
Məlumata əsasən, raketlərin atılmasından sonra bir neçə helikopter məntəqədə havaya qalxıblar.
Son 10 gündə Yaşıl Əmniyət Bölgəsi, Bağdadın şimalındakı Taci paayqahı, habelə şəhərin beynəlmiləl hava limanı raket atəşinə tutulub.
Xatırladaq ki, bazar ertəsi axşam saatlarında iki “katyuşa” raketi Bağdad hava limanının yaxınlığındakı Amerika qüvvələrinin locistik və dəstək paayqahına atılıb. İraq qüvvələri daha sonra Bağdadın Raşediyyə bölgəsində raketatan tapdıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button