AzərbaycanDünya

Vaşi̇nqtonda Türk və Azərbaycan i̇cmaları aksi̇ya keçi̇ri̇blər

Vaşinqtonda azərbaycanlı və türklərdən ibarət bir qrup insan Amerika prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsinə qarşı etiraz ediblər. Mitinq Türk Amerikan Dərnəkləri tmərkəzinin təşkilatçılığı ilə Türkiyə səfirliyinin Vaşinqtondakı binası qarşısında keçirilib.

Əllərində Türkiyə ilə Azərbaycan bayraqları olan etirazçılar ermənilərin tarix boyu türklərə qarşı apardığı soyqırımı siyasəti haqqında əhaliə məlumatlar veriblər. Mitinqdə ermənilərin Azərbaycanda vəhşiçəsinə qətlə yetirdiyi günahsız insanların fotoları gösərilib. Etirazçılar “Ar olsun Ermənistana”, “Erməni soyqırımı tarixi yalandır”, “Xocalıya ədalət”, “Erməni yalanını dayandırın”, “İcazə verin tarix danışsın” kimi şüarlar səsləndiriblər.

Etirazın keçirildiyi əraziyə gələn erməni diasporunun Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasyonunun üzvləri təxribat törətməyə cəhd ediblər. Onlar türk icmasının toplaşdığı əraziyə hücum çəkiblər. Polisin müdaxiləsi ilə erməni təxribatının qarşısı alınıb. Mitinq toqquşma olmadan bitib.

Related Articles

Bir cavab yazın

Back to top button