Dünya

İsrail və Mərakeş İran təhdidinə qarşı müdafiə anlaşması imzalayıblar

İsrail ilə Mərakeş İranın və islamçı yaraqlıların yaratdığı təhlükəyə qarşı müdafiə sənədi imzalayıblar.

Bu anlaşma ittilaat orqanlarının əməkdaşlığı, silah alışı və birgə manovrların keçirilməsini nəzərdə tutur.

İmzalama mərasimi İsrailin difa vəziri Beni Qantzın Mərakeşə iki günlük səfəri çərçivəsində bu ölkənin paytaxtı Rabatda baş tutub.

Sözügedən sənədin İsrailin İmarat və Bəhreynlə birlikdə Körfəzdə manovrlar keçirməsindən qisa müddət sonraya təsadüf etməsi diqqət çəkib.

Bildirək ki, ötən il İmarat, Bəhreyn, Mərakeş və Sudan İsraillə ilişkilərini normallaşdırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button