İran

URMU GÖLÜ İLƏ BAĞLI DİVARLAR YAZILIB

Şərqi Azərbaycanın mərkəzi Təbrizdə Urmu gölü ilə bağlı etirazo laraq divarlara şüarlar yazılıb

Azərin 5-i səhər saatlarında təbrizli mədəni və yaşam mühit fəalları şəhərin müxtəlif küçələrində plakatlar açaraq Urmu gölünün qurudulmasına etirqaz ediblər.

Milli fəallar habelə gölün dirçəlməsi ilə bağlı vədlərin yerinə yetirilməməsinə etirazlarını ifadə ediblər.

“Urmu gölünün məhv edilməsi Azərbaycan millətinin məhv edilməsi deməkdir” məzmunlu şüarlar türk və fars dillərində yazılıb.

Bununla yanaşı üzərində “Urmu gölünü bizə qaytarın”, “Urmu gölünü qurtarın”, “yaşasın Urmu gölü” və başqa bu kimi bəner və bildirişlər Təbrizin fərqli bölgələrindən asılaraq əhalinin diqqətini cəlb edib.

 

Related Articles

Bir cavab yazın

Back to top button