Dünya

Ned Prays: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər

ABŞ-nin Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını şərh edib.

 bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.
Qurum məsələyə Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından yanaşıb.
“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, – Prays vurğulayıb.
Hərçənd, məlum aksiyanın təşkilinə icazə verən məhz İsveç hökuməti olub.

Related Articles

Bir cavab yazın

Back to top button