Dünya

Tbilisidə məktəblərdə terror aktlarının planlaşdırılması ilə bağlı məlumat yayılıb

Gürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.

Bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.

Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.

“Imedi” telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.

Xatırladaq ki, 10 gün əvvəl İrəvanda da bir sıra məktəb və ticarət mərkəzlərində terror aktlarının olacağı məlumatı yayılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button