Dünya

Nikki Heyli: İran hökumətinin infrastrukturunu hədəf almalıyıq

ABŞ prezident seçkilərinin namizədi Nikki Heyli Respublikaçıların debatında İranın vəkillərinin ABŞ mövqelərinə hücumlarına toxunub.

“Biz İranın bu hücumları mümkün edən infrastrukturuna cavab verməliyik. Onlara birdəfəlik zərbə vursaq, geri çəkiləcəklər”,- Heyli deyib.

O, qeyd edib ki, əgər hazırkı İran hökuməti olmasaydı, Livan Hizbullahı, Husilər və HƏMAS-da olmazdı, ABŞ-nin İraq və Suriyadakı bazalarına hücumlar edilməzdi.

Debatda iştırak edən başqa namizədlərdə İran hökumətinin əməllərinə daha qətiyyətli cavab verilməsini istəyiblər.

Onlar Amerikanın İsrailə dəstəyinin artırılmasını və İrana bağlı silahlı qruplaşmaların, o cümlədən HƏMAS-ın zərərsizləşdirilməsinin vacibliyini vuğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button