Azərbaycanİran

Təbriz zindanında saxlanılan daha bir fəalın kimliyi bəlli olub

Təbriz zindanında saxlanılan daha bir fəalın kimliyi bəlli olub. Onun saxlanılmadan Öncə ağır döyüldüyü bildirilir.

Sentyabrın 25-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən Təbriz zindanında saxlanılan Ürfan Zərdehinin həbsdən 3 gün öncə də, Şahnaz küçəsində SEPAH və Bəsic üzvləri tərəfindən döyüldüyü bildirilir.

Məlumatda müxtəlif bədən xəsarətləri alan rejissor və sənətçinin müalicəsinə imkan verilmədiyi, ittihamı və sağlıq durumu barədə müraciətlərin cavabsız qaldığı qeyd edilib.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, son 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button