Dünyaİran

Bennetin amerikalı rəsmi məqamlarla əsas müzakirə mövzusu İran təhdidi ilə mübarizə olub

İranın bölgəsəl fəaliyyətləri və atom proqramında irəliləyişlərindən doğan təhdidlər İsrailin Baş vəziri Naftali Bennetin Amerikanın Xarici İşlər və Müdafiə vəziri ilə görüşündə əsas müzakirə edilən məsələlərdən biri olub.

Blinkenlə görüşündən öncə Amerikanı İsrailin ən güclü və ən etibarlı müttəfiqi adlandıran Bennet bəzi vaxtlar fikir ayrılığının olmasına baxmayaraq, iki ölkənin əməkdaşlığının davam edəcəyini vurğulayıb.

Pentaqon isə yaydığı bəyanatda Amerikanın Müdafiə vəziri Lloyd Austinin Bennet ilə görüşdə İranın atom proqramından ortaya çıxan təhdidlər, eləcə də bu ölkənin terorizmi dəstəkləməsi və dənizdə həyata keçirdiyi təcavüz faktları barədə danışıqlarını bildirib.

Austin görüşdə İsrailin bölgədə nizami üstünlüyünün davam etməli olduğunu vurğulayaraq Amerikanın Yaxın Şərqdə sülhün qurulması, habelə İsraillə nizami ilişkilər eləcə də uzun müddətli əməkdaşlığa bağlı qaldığını deyib.

O, İranın atom alanında təhlükəli həddinə çatan addımları habelə bölgədə yürütdüyü təcavüzkar siyasətə görə İsrail ilə Amerikanın strateji əlaqələrinin gücləndirilməsini istəyib.

Amerikanın Difa Vəziri sonda ölkəsinin İsrailin hava hücumundan müdafiə sistemi olan dəmir günbəzin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb və bildirib ki, bunun üçün 1 milyard dolar yardım verilməsi ilə bağlı hal-hazırda Konqrəylə əməkdaşlıq edir.

Xatırladaq ki, Austin bu görüşdən öncə bildirib ki, İran bölgədə və uluslararası sularda yürütdüyü təcavüzkar siyasətə görə cavab verməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button