Dünyaİran

Səlami: “İran Həmas-a dəstək verməyə davam edəcək”

İran hakimiyyəti HƏMAS hərəkatına dəstək verməyə davam edəcək. Bunu cümə günü “Sepah”ın fərmandehi Hüseyn Səlami HƏMAS Siyasi dəftərinin rəhbəri İsmayıl Həniya ilə telefon danışığı zamanı deyib. “İslam Cümhuriyyəti Filistin millətinə və HƏMAS-ın cəsarətli hərəkatına hərtərəfli dəstək verməyə hazırdır. İran bu məsələdə öz rolundan çəkinməyəcək”, – deyə Səlami söyləyib. Həniyə isə İrana Filistin millətinə və HƏMAS-a göstərdiyi köməyə görə dərin minnətdarlığını bildirib. Məlumata görə, danışıq İran tərəfinin istəyi ilə baş tutub.
Bundan öncə isə İsrail-Filistin arasında atəşkəsin yaradılması ilə bağlı çıxış edən Həniyə İran hakimiyyətinə mali dəstəyinə və HƏMAS-a silah göndərdiyinə görə təşəkkür edib.

Related Articles

Bir cavab yazın

Back to top button