Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Qaradağ bölgəsində tarixi abidə məhv olmaqdadır

 Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər ərazisində yerləşən tarixi memarlıq abidəsi məhv olmaqdadır.

Qacar dövründə Aynalı kəndinin yaxınlığındakı dağın zirvəsində inşa edilən Aynalı sarayının bərpa və qorunması üçün əlaqədar dövlət orqanlarına müraciətlər cavabsız qalıb.

1907-ci ildə Avropa memralığı üslubunda tikilən Aynalı sarayından 1945-ci ildə Cənubi Azərbaycan milli hökumətinin bölgədəki hərbi qərargahı kimi istifadə olunub.

Saray budan əvvəl İranın milli əsərlər siyahısında qeydə alnsa da, onun qorunması üçün iş görülməyib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button