Azərbaycan

İlham Əliyevdən iranlı mütəxəssisə tutarlı cavab

düən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ada Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib.

“Aznews tv”  xəbər verir ki, tədbirdə İran və Avrasiya Araşdırmaları İnstitutunun Elmi Şurasının üzvü Vəli Kuzegər Kaleci də iştirak edib.

Vəli Kaleci ona Prezidentə sual vermək növbəsi çatdıqda sual vermək əvəzinə, Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Konqresi ilə bağlı İranda müxtəlif dairələrin spekulyasiyalarını bir daha dilə gətirib.

Azərbaycan Prezidenti Azərbaycan Respublikasının demokratik və azad ölkə olduğunu və burada Azərbaycan qanunlarını pozmadığı halda hər kəsin fikir azadlığının təmin olunduğunu Kalecinin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan qonaqlara da məhdudiyyət tətbiq etmir və onlara nə deyib nə deməyəcəkləri ilə bağlı əvvəlcədən tezislər vermir.

İlham Əliyev əlavə edib ki, tədbirə Azərbaycan vətəndaşları olmayan qonaqlar da dəvət edilib və onların fikirləri Azərbaycan dövlətinin mövqeyini əks etdirmir. O, Vəli Kalecinin diqqətinə çatdırıb ki, hazırda onun iştirak etdiyi bu tədbirdə də müxtəlif ölkələrdən qonaqlar iştirak edir və onlar öz ölkələrini təmsil edir.

İlham Əliyev Azərbaycan və İranın bir-birinin ərazi bütövlüyünü tanıdığını və bunu rəsmi qaydada vurğuladıqlarını bildirib.

Azərbaycan Prezidenti Vəli Kalecinin özünü misal göstərərək bildirib ki, əgər o özü İranın deyil, başqa bir ölkənin vətəndaşı olsaydı, hazırda onun burada səsləndirə biləcəyi fikirlərə görə İran dövləti cavabdeh ola bilməzdi.

İlham Əliyev sonda Kalecinin diqqətinə çatdırıb ki, İrana sığınan bir qrup Azərbaycan vətəndaşları var və onlar hər gün Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlar etməklə yanaşı, xoşagəlməz ifadələrdən istifadə edirlər. Azərbaycan Prezidenti Aktauda Xəzərlə bağlı keçirilmiş sammitdə sonradan İran prezidenti seçilən Həsən Ruhaniyə həmin şəxslərdən 20-yə yaxınının siyahısını verdiyini və onların Azərbaycana ekstradisiya edilməsini istədiyini deyib. O vurğulayıb ki, Azərbaycan tərəfindən sübutlar olmasına baxmayaraq, İran tərəfi bu tələbi yerinə yetirməyib.

Ermənilərlə xüsusi yaxın əlaqələri ilə fərqlənən Vəli Kuzegər Kalecinin həm sıfıra yaxın zəif ingilis dili, həm də zəif siyasi savadı, bunun qarşılığında isə Azərbaycan Prezidentinin ona tutarlı cavabları nəticəsində Kalecinin gülünc vəziyyətə düşməsi tədbirdə iştirak edən xarici qonaqların da gülüşünə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button