İran

İsrail Nətənz hücumundan iki saat öncə Amerikaya bu haqda bilgi verib

“New-York Times” qəzeti İsrailin İranın Nətənz atom təsisatında həyata keçirdiyi partlayış, eləcə də İsrail Amerikanın İrandakı ittilaat boşluğunu doldurmaq yönündə atdığı addımlarla bağlı xəbər yayıb.

Bu qəzet öz qaynaqlarına istinadən qeyd edir ki, Amerikanın İranda fəaliyyəti pozulmuş ittilaat boşluğunun və bunu aradan qaldırmaq üçün çabaları dayandırmasından yaranan durumu dəyişmək üçün İranda öz əməliyyat və fəaliyyətlərinə köklənib.

Bildirilir ki, bu yöndə İsrail İranın atom və raket proqramları, habelə məntəqədə yaraqlı qruplara göstərdiyi dəstəklə bağlı mötəbər ittilaat bilgiləri əldə edərək onları Amerikaya verir.

İki ölkənin ittilaat orqanlarının İranla bağlı keçmişdə yaxın və uzunmüddətli əməkdaşlığı olub. Ancaq Co Baydenin prezident seçilməsi ilə durum dəyişib. Baydenin İsrailin kəskin şəkildə qarşı çıxdığı İranla 2015-ci ildə əldə edilmiş atom anlaşmasını canlandırmağa söz verməsi bu dəyişikliyə yol açıb.

Buna görə, bu ilin yazında İsrailin keçmiş Baş vəziri Benyamin Netanyahu Baydenə güvənmədiyi üçün ölkəsinin Amerika ilə ittilaat bilgilərini paylaşmasını məhdudlaşdırmışdı. İsrailin yeni Baş vəziri Naftali Bennetin Bayden ilə görüşünün əsas müzakirələrindən biri də bu güvənin yenidən yaradırılmasıdır.

İsrailin ittilaat orqanları bildirirlər ki, Bennetin əsas hədəfi Baydenin İsrailin İranda həyata keçirdiyi gizli əməliyyatları dəstəkləyib dəstəkləmədiyini öyrənməkdir. Onlar Bayden dövlətinin İranla əldə edəcəyi hər hansı bir anlaşmanın bu cür əməliyyatları məhdudlaşdırmayacağına ümid edirlər.

Amerikanın İsraildən ittilaat məsələsində bu cür asılılığı var. Ona görə də Mossadın Nətənzdə həyata keçirdiyi partlayışdan, öncədən xəbər tuta bilməyib. Yalnız İsrail tərəfi əməliyyatın başlamasına 2 saatdan az bir müddət qalmış Amerikaya bu barədə xəbər veriblər.

İsrail yetkililəri hətta bildirirlər ki, onlar ehtiyatlı davranırlar, çünki Amerika onların gizli əməliyyatlarının bəzi ayrıntılarını aşkara çıxarır. Amma amerikalı məqamlar bu ittihamı rədd edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button