Azərbaycan

“Traxtur” Premyer Liqanın ikinci həftəsindəki qarşılaşmanı 1:1 hesabı ilə başa vurub

İranın futbol üzrə Premyer Liqasının ikinci həftəsinin ikinci günündə Təbrizdə İsfahanın “Zob Ahən” və Azərbaycanın “Traxtur” komandaları qarşılaşıb və qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Avqustun 19-da Təbrizin “Bonyan Diezel” stadionunda yerli vaxtla saat 18:30-da başlayan oyunda 30-cu dəqiqədə Sadiq Sadiqi “Zob Ahən”ın qolunu vurub. “Traxtur”un bərabərlik qolunu isə son saniyələrdə, əlavə vaxtda Rza Əsadi 97-ci dəqiqədə baş zərbəsi ilə İsfahan komandasının qapısından keçirib.

Bu, Təbriz komandasının türkmənistanlı baş məşqçi Qurban Berdiyevin başçılığı altında keçirdiyi ikinci oyundur.

Bundan öncə “Traxtur” komandası Surcan şəhərinin “Qol Qohər” omandası qarşısında məğlub olmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button