Azərbaycan

Ərdəbildə etiraz baneri: Azərbaycan millətinə qarşı iqtisadi ayrı-seçkiliyə son qoyun

“Korrupsioner və anti-türk rejimi tərəfindən amansızcasına qiymət artımı Azərbaycan xalqının bütün təbəqələrini, xüsusən də fəhlələr və yardıma möhtac insanları ağır maliyyə və sosial təzyiqlərə məruz qoyub.

“Aznews tv” xəbər verir ki, son günlər bir qrup azərbaycanlı milli fəal Ərdəbil parklarından birində iqtisadi durumun faciəvi həddə çatmasına, qiymətlərin həddən artıq bahalaşmasına və Azərbaycan millətinə qarşı artan kəskin basqılara etiraz olaraq pankart quraşdırıblar.

“Korrupsioner və anti-türk rejimi tərəfindən amansızcasına qiymət artımı Azərbaycan xalqının bütün təbəqələrini, xüsusən də fəhlələr və yardıma möhtac insanları ağır maliyyə və sosial təzyiqlərə məruz qoyub.

Azərbaycan Milli Hərəkatı_ Ərdəbil”

Bu, azərbaycanlı milli fəallar tərəfindən Ərdəbil parklarından birində quraşdırılan etiraz pankartının mətnin məzmunudur.

Qeyd edək ki, son bir ildə İranda xərclərin astronomik şəkildə artması və onun gəlirlərə nisbətdə uyğunsuzluğu insanları böyük təzyiq gösçətinliklərlə üz-üzə qoyub və İranın mərkəzi hökumətinin Güney Azərbaycanda biznesə, iş yerlərinə və ticarət sahələrinə birbaşa və dolayısı ilə ağır vergilər qoyması Azərbaycan millətini ikiqat təzyiqlərə məruz qoyub.

Related Articles

Bir cavab yazın

Back to top button