İran

Zənganda koronavirusla bağlı son durum

Zəngan, Əbhər və Xudabəndə şəhərləri koronavirusla bağlı qırmızı durumdadır. Ustanda ölkə ortalamasından çox koronavirus mərizi var. Bu barədə Zəngan ustanının tibb elmlər Sazmanının rəisi Pərviz Qızılbaş açıqlama verib. O, bildirib ki, 700 yataq koronavirus mərizləri üçün ayrılıb. Ustanda 88 mindən çox koronavirus testi götürülüb. Testlərdən 23 min 428-nin nəticəsi müsbət olub. Mərizlərdən yüzdə 50-si müalicə olunub. Hazırda Zəngan ustanında 667 koronavirus mərizinin müalicəsi davam edir. Zənganda ümumilikdə 816 nəfər koronavirus səbəbindən həyatını itirib. Xatırladaq ki Şərqi Azərbaycan ustanı ölkənin yüzdə 5 nüfuzuna sahibdir. Buna rəğmən İranda koronavirus mərizlərinin yüzdə 10-u bu ustanın payına düşür. Bildirək ki, Güney Azərbaycan şəhərlərində insanların sağlığı ciddi mənada təhlükədədir. İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində türk şəhərlərindəki sağlıq imkanları çox azdır. Pandemi kimi olaylar da durumun təhlükəli hala çevrilməsinə səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button