AzərbaycanİranMəqalələr

Tarixi məqalə: Təbrizli memarların Azərbaycanda fəaliyyətləri – Murad (Şərq) qapısı

Şərq qapısı və ya Murad qapısı adlandırılan baştağ Bakıdakı Şirvanşahlar sarayı kompleksinin son tikilisidir.

Baştağın yuxarısında iki dairəvi medalyonun arasında yerləşən düzbucaq çərçivəli kitabədə aşağıdakı mətn yazılmışdır: “Bu şərəfli binanı tikməyi ədalətli böyük Sultan Murad xanın dövründə ulu Rəcəb Baba Bakuvi 994-cü ildə əmr etmişdir”.

Baştağ tağçasının yanlarındakı iki kiçik kitabədə isə “Ustad Əmirşah Vəlyankuhinin işi” sözləri yazılmışdır. Bu kitabələrin verdiyi məlumata görə, Murad qapısını 1585-1586-cı illərdə Təbrizin məşhur Vəlyankuh məhəlləsində doğulmuş memar Əlişah ucaltmışdır.

Murad qapısı ümumi həcm-məkan kompozisiyasına görə Şirvanşahlar sarayının XV əsrdə tikilmiş Divanxana və Şah türbələrinin baştağları ilə eynidir. Ancaq onun tikinti keyfiyyəti bir az aşağı, memarlıq bəzəyi isə daha sadə və yığcamdır. Təbrizli memar düzgün olaraq saray ansamblının memarlıq üslubunu və bədii ahəngdarlığını gözləməyə çalışmışdır.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Azərbaycanda fəaliyyətləri” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button