Dünya

Ni̇kol Paşi̇nyan Erməni̇stanın mühari̇bədəki̇ i̇tki̇ləri̇ni̇n sayını açıqlayıb

Marsın 20-ə olan məlumata əsasən, İkinci Qarabağ savaşında Ermənistanın 3 250 nizamisi həyatını itirib. Bunu Ermənistanın Baş vəziri Nikol Paşinyan Nor Yedesiya toplumunun sakinləri ilə görüşündə bildirib. Belə ki, həmin şəxslərin ölümünün rəsmi olaraq təsdiqləndiyi qeyd edilib.

“Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük listəsi var. Amma bu listəni dəqiqləşdirmək lazımdır”, – deyə Paşinyan bildirib. Ermənistanın Baş vəziri ölkəsinin savaşda çox itki verdiyini açıqlayıb. Ancaq o, ölənlərin sayının siyasi məqsədlə dörd dəfə artırılmasının doğru olmadığını diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button