Azərbaycan

Əhərin mərizxanası müraciət çoxluğuna görə dayanmaq üzrədir.

Əhər Vilayətinin Sağlıq və Müalicə Şəbəkəsinin müdiri Məhəmməd Mirzapur deyib: “təəssüflə, bir neçə gündür hədsiz izdiham və toplaşmalar acı nəticlərə gətirib çıxarıb və koronaya yoluxmaya görə mərizxanaya müraciələr axını o qədər yüksəkdir ki, mərizxana dayanıb.

Əhər Vilayətinin Sağlıq və Müalicə Şəbəkəsinin müdiri Məhəmməd Mirzapur deyib: “təəssüflə, bir neçə gündür hədsiz izdiham və toplaşmalar acı nəticlərə gətirib çıxarıb və koronaya yoluxmaya görə mərizxanaya müraciələr axını o qədər yüksəkdir ki, mərizxana dayanıb. Müraciətlər axını Əhərin Baqir Əl Ülum Mərizxanasının bölmələrinin hamısının və hətta urjans bölməsində yatırılmaların təkmilləşməsinə bais olub. Koronaya yoluxmaya görə müraciətlərin artması ilə, hətta mərizxananın qədim Dializ Bölməsi də Şəhrivər ayının 10-dan yeni korona mərizlərinə ayrılıb. İndi, saat 24-də qalmış bir vaxtda demək olar ora da tamamilə dolub və boş yataq qalmayıb. Əhərin mərizxanasında indilik 150 korona mərizi yatırılıb, habelə mərizxananın urjansına ardı kəsilmədən gələn yeni korona mərizləri müraciət edir. Təəssüflə, bizim imkanlarımız, yataq sayımız və işçi qüvvəsi sayımız bu həddə axışan korona mərizlərinə xidmət göstərmə gücünə malik deyil. Ona görə də, əhalidən xahiş edirəm ki, səğlıq şərtlərinə və protokollarına ciddi riayət etsinlər. Artıq, yatırılmağa yer qalmayıb, koronaya yoluxsanız Əhərdə müalicə işləri çətinliklə olunacaq. Mask taxın, mənim bu sözümü minlər dəfə qeyd edin və xahişimə ciddi yanaşın. Toplaşma yerlərinə və evdən dışarıya, zəruri deyilsə getməyin

Related Articles

Bir cavab yazın

Back to top button