Azərbaycan

Başmaq sənəti azərbaycanlıların əlindən çıxır.

 Meqaşəhər Təbriz, İranın gön və başmaq paytaxtı kimi tanınsa da bu sənət üçün Təbrizdə indiyədək şəhərcik salınmayıb, ona görə də başmaq tikən və ürətənlərin beli bu sahədə fərqli müküllər nədəni ilə bükülüb

Meqaşəhər Təbriz, İranın gön və başmaq paytaxtı kimi tanınsa da bu sənət üçün Təbrizdə indiyədək şəhərcik salınmayıb, ona görə də başmaq tikən və ürətənlərin beli bu sahədə fərqli müküllər nədəni ilə bükülüb. korona virusunun yayılması, ilkin maddələrin qiymətinin artması, mahir və mütəxəssis qüvvənin olmadığı, az faizli bank təshilatının olmadığına görə başmaq tikənlərin bu əski çağlardan bəri hünərdən uzaqlaşmasına səbəb olub və ümid edirlər ki, bu hünər üzrə maneələr və müşküllər qaldırılacaq. Təbrizin Başmaqçılar Birliyinin rəisi Əlirza Cabbarian Fam deyir: “ Doğu Azərbaycanda 3 min 780 başmaq tolid edən və satışı yeri vardır, habelə meqaşəhər Təbrizdə iri 55 sənəti vahid var və onlardan 1300 vahidi gön başmaq satışı qitsmətində, 300 vahid isə xidmətlər və tolid qismətində fəaliyyət göstərir. Bu hövzədə 60 min nəfər birbaşa, 60 min nəfər də dolayısı ilə fəaliyyət edir. İllik hardasa 60-90 milyon cüt gön başmaq tolid olunur. təəssüflə banklar başmaq sənətinə elə də önəm vermir və hətta yüksək bəhrəli bank təshilatını vermək üçün də tolid edənlərin qarşısına çoxlu manelər törədirlər. Bununla da onların təshilat almağa və təchizatlarını güncəl etməyə imkanları olmur. Ərzin və ilkin maddələrin qiymətinin artdığına görə sərmayələr beşdə birə enib. Ona görə də karxanalar həyatlarını davam etdirə bilmək üçün təshilatın verilməsinə ehtiyacları var. Dövlət isə heç bir hiamyə etmir. Eləcə bu sənət üzrə hünəristanın və bilimyurdun olmaması işçi qüvvəsinin kəskin azalmasına və karxanaların içşi qüvvəsini təmin etməyə müşkülərə tuş gəlmələrinə gətirib çıxarıb. Amma başmaq mədrəsəsinin açılışı, vaxt ötdükcə, az da olsa bu müşkül üzrə təsirli ola bilər. Başqa bir müşkül də budur ki, gön başmaq sənəti üzrə ixtisaslaşmış şəhərcik salınmayıb. Hal hazırda, karqahların yüzdə 70-dən çoxu icarədə yerləşir və ixtisaslaşmış başmaq şəhərciyinin olmadığına görə karqahlar ancaq bir yerdə yerləşə bilmirlər. Habelə ilkin maddələrin qiymətinin hədsiz artması ilə başmağın qurtaran qiymətinin artmasına, və bununla da əhalinin başmaq almağa gücünün azalmasına səbəb olub. Bunun nəticəsində isə başmaq bazarında durğunluq oluşub. Təbrizdə gön başmaq tolidi kəsin azalıb və Tehran ilə Məşəddə əfqanlıların bazarda satdıqları kiflərin çoxu süni gönlə tikilib və aşağı qiymətlə satılır. Sadiratın üyzdə 80-ı Əraq və Əfqanıstana, yüzdə 20-i isə Ermənistan, İmarat, Qətər və Pakistana olunur. “ Başmaqçılar Birliyi rəisinin mətbuat müşaviri Eynulla Hüseynzadə isə bu barədə deyib: “Gön kif və başmaq tolidi Doğu Azərbaycanın və ölkənin önəmli və işlə məşğulluq yaradan sənətidir, habelə zəruri əmtəə sayılır. Təbriz gön kif, başmaq və gön mənsucat tolidi mərkzələrinin başlıca birisdir və ölkənin bu məhsullara ehtiyacını təmin ilə yanaşı müxtəlif ölkələrə də satılır. Dövlət himayə edərsə, bundan artıq da uğurlu davranmaq olar.” Hər halda bu müşküllərə görə İranın gön kif və başmaq paytaxtı Təbrizin durumu heç də yaxşı deyil. Ona görə də bu müşküllər az bəhrəli bank təshilatının ödənilməsi, dövlət yardımlarının verilməsi, hamısından önəmli isə ixtisaslaşmış başmaq və kif şəhərciyinin salınması ilə qaldırıla bilər.

Related Articles

Bir cavab yazın

Back to top button