Bölgəİran

‍SEPAH agentlərinin İstanbulda İsrail vətəndaşlarına hücum planı ilə bağlı yeni görüntülər yayıldı

Türkiyənin Təhlükəsizlik Təşkilatı (MİT) və İstanbul polisinin təhlükəsizlik qüvvələri tərəfindən hazırda həbsdə olan 10 iranlı şübhəlinin İstanbulda İsrail vətəndaşlarına hücum planı ilə bağlı aparılan araşdırmalar çərçivəsində yeni videogörüntülər yayılıb.

Belə ki şübhəlilər İstanbulun müxtəlif bölgələrində hotellərdə və gündəlik kirayə evlərdə qalırmışlar və onlardan bəziləri hətta saxta pasportlarla Türkiyəyə daxil olub və iz itirmək üçün davamlı olaraq fərqli avtomobillərdən istifadə edirdilər.

Polis tərəfindən araşdırılmış yüzlərlə təhlükəsizlik kamerasının videogörüntüləri anbaan yoxlanılıb və həmin şübhəlilərlə bağlı görüntülər diqqətlə nəzərdən keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button