İran

Güney Azərbaycanda Qarabağ zəfəri münasibəıtilə qurbanlar kəsilib

Güney Azərbaycanın Sarab sakinləri Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsi münasibətilə qurban kəsiblər.
Onlar Huşəng Cəfərinin “Qarabağ elə bil anamdır mənim” adlı şeirini oxuyub və Qarabağın erməni işğalçılarından azad olunması münasibətilə bu qurbanı nəzir etdiklərini bildiriblər.
Yerli sakinlər Azərbaycanın “Traktor” futbol timinin bayrağını əllərində tutublar.
Qeyd edək ki, işğalçı Ermənistan rejiminin Azərbaycanın qəhrəman ordusu qarşısındakı ağır məğlubiyyətindən və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra, Güney Azərbaycanın müxtəlif şəhərlərində minlərlə şirniyyatlar paylanılıb və şənlik təşkil edilib.

Related Articles

Bir cavab yazın

Back to top button