Dünya

Əfğanistanda Həzarələrin soyqırımı davam edir.

Həzarələrn Soyqırımını dayandırın həştəgini Tuiterdə yaratmaqla, Həzarələrin soyqırımını dayandırılmasını istəyiblər. Bu həştək Tuiterdə trendə çevrilib. Daha çox Həzarələr yaşayan Kabulun batısında intihar və partlayış həmlələri bir müddətdir artıb. Həzarələr Əfqanıstanın böyük millətlərindəndir.
İstifadəçilər Tuiterdə yazır: “Həzarələr, ölkənin müxtəlif bölgələrində, rəhmsizcəsinə məktəbdə, məsciddə, xiyavanda və idman 10
məkanlarında öldürülür.”
Eyni halda, Bamian Vilayətinin sakini və mədəni fəallarından bir quruhu, Birləşmiş Millətlər Təşkilatının numayəndə dəftəri qarşısında toplaşaraq, Həzarələrin soyqırımının dayandrılmasını istəyiblər. Bu etirazçılar Birləşmiş Millətlər Təşkilatı, Amerika və Əfğanistanın hökumətindən istəyiblər ki, Həzarələrə qırğını soyqırımı kimi tanısınlar və bu əsasla da soyqırımın qarşısını almağa önləyici və təsirli işlər görsünlər.
Birləşmiş Millətlər Təşkilatının numayəndə Dəftərinin insan haqları məsulu Beykram Tuladhar etirazçıları dinləməyə gəlib və Kabulda həmlələri qınayaraq, onlara, qətnamələrini Birləşmiş Millətlər Təşkilatının mərkəzi dəftərinə bildirəcəyini deyib .
Bamian Vilayətinin Şurasının üzvü Məhəmməd Həsən Əsədi isə, Əfğanistan hökumətinin davranışını qınayıb və Əfğanistanın Səhər 8 gündəliyinə deyib: “bacarıqlı və təcrübəli nizamilər ba:znişəstə edilib, başq tərəfdən də ölkənin əmniyyət qurumlarından başqa soyları uzaqlaşdırma olunur.”
Əfğanistanın həzarələr yaşayan bölgələrində olunan intihar və partlayış həmlələri, o cümlədən 08.05.2021-ci il tarixində Seyyidüşşühəda Məktəbinə olunmuş həmlədə çoxu şagird olan 90 nəfər ölmüş və 200 nəfər də yaralanmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button