Araşdırma & Təhlilİran

İran və gələcək dövlətin xarici siyasət çətinlikləri

İranın ayrı ölkələrdən və daha doğrusu normal ölkələrdən fərqləndirən qonuların biri də özünə məxsus xarici siyasətidir. Fars Milliyətçiliyi və Şiə Məzhəbçiliyi zehniyyətindən təşkil olunan xarici siyasətini də ciddi təsiri altına alıb. Özəlliklə 1357-ci İslami İnqilabdan sonra İran bölgə ölkələrində nüfuzunu genişləndirib. “İnqilab Suduru” adıyla da qeyd olan siyasətlər əsasında Tehran hakimiyyəti öz güvənliyini sınırlarından xaricdə axtarmaya başladı. Son dərəcə dar ideolojik çərçivədən dünyaya baxan İran, başqa ölkələrlə rəsmi yollarla deyil, pərdə arxasında örgütlərlə yürütməyə çalışdı. Son dərəcə ciddi bir propaqanda savaşı aparan İran, öz görüntüsünü özəlliklə də batı medialarında modern İran kimi qələmə verməyə çalışır. Misal üçün bu günlərdə İranlılar ölkə daxilində fəlakət içində həyatda qalmağa çalışırlar və seçkiləri baykot edirlər, avropada hicabsız yaşayan və özünü İslam Cumhuriyyəti muxalifi kimi aparanlar, seçkilərdə iştirak etməyi təbliğ edirlər. Özəlliklə Fars dilli mediada olan bu adamlar İranın Xarici siyasətinin bir parçası olaraq fəaliyyət edirlər. Ancaq bütün bunlar İranın müşküllərini qaldıra bilmir.
Bu günlərdə muxalif çıxışları edən Məhmud Əhmədinejadın dönəmi bəlkə də bu günkü bir çox fəlakətin qaynağı olaraq görülə bilər. Nəft gəlirinin çoxaldığı zaman İran bütün bölgədə özünə bağlı teror təşkilatlarını qurub gücləndirdiyi zaman olaraq dəyərləndirilib. Habelə illərdir İranı bir Korona vaksəni almaqdan acız qoyan təhrimlərin də səbəbini o illərdə axtarmaq lazimdir. Əhmədinejadın prezidentliyi dövründə illərlə atom Enerjisiylə bağlı şüarlar versələr də indi İranın başına bəla olub. Və ölkənin xarici siyasətini böyük manələrlə üzləşdirib.
Ancaq Baydenin prezidentliyi ilə İran yenidən gücünü toplamağa fürsət qazandı. Co Bayden höküməti seçim öncəsindən belə Bərcama qayıtmaq vədəsi verirdi və bu Tramp basqılarından bezən İran üçün bir qızıl fürsət sayılırdı. Nəticənin necə olacağı bəlli olmasa da, Tehran hakimiyyətinin Bayden ilə anlaşması kəsinliklə Trampdan daha rahat olacaq.
Buna görə bir neçə gün sonra bəlli olunan prezidentliyin xarici işlər qonusunda əsas məsələlərindən biri də batıyla müzakərələr olacaq.
İran həm Fars Milliyətçiliyi həm də Məzhəbçiliyi əsasında Xarici siyasətində dost ölkə qazana bilmir. Hətta Iraq kimi bir ölkədə belə İrana qarşı ciddi bir etiraz var. Habelə Suriyada da İran artıq Rusiyanın tamamən əlaltısı olub və savaşı sürdürmək üçün ciddi xərclərə məruz qalır.
Xarici Siyasətdə İranın Güney Qafqazdan tamamilə xaric olunub. Qarabağ zəfərindən sonra Azərbaycan və İranın tarixi rəqibi Türkiyənin gücü Qafqazda artdı. 1400-ci ilin seçkilərində iş başına gələn prezident bu anlamda da xarici siyasətdə ciddi çətinliklərlə qarşılaşacaq.

 

Related Articles

Bir cavab yazın

Back to top button