Dünya

Əfqanıstan Rusiyadakı səfirini geri çağırıb

Əfqanıstanın Moskvadakı səfiri Seyid Tayyib Cavad Taliban rejimi tərəfindən geri çağırılıb və tezliklə onun yerinə başqa diplomat göndəriləcək. Rusiya hökuməti artıq Taliban rejiminin diplomatına mandat da verdiyini açıqlayıb.

“Aznews tv”xəbər verir ki, Rusiya, Taliban rejiminin diplomatlarını qəbul edən məhdud ölkələr sırasındadır. Rusiya ilə yanaşı, Çin hökuməti də Taliban rejiminin diplomatlarını qəbul etməyə hazır olduğunu bildirib.

Əfqanıstanın Rusiyadakı səfiri olaraq, Tayyib Cavadın yerinə Camal Gərvalın müvəqqəti işlər vəkili təyin ediləcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button