Dünya

Əfqanıstanda bir ailənin 5 üzvünün başları kəsilib

Əfqanıstanın İncil şəhərində üçü uşaq olmaqla bir ailənin 5 üzvünün öldürüldüyü dəhşətli cinayət hadisəsi baş verib.

Əfqanıstanda bir ailənin 5 üzvünün başları kəsilib

Əfqanıstanın İncil şəhərində üçü uşaq olmaqla bir ailənin 5 üzvünün öldürüldüyü dəhşətli cinayət hadisəsi baş verib.

“Aznews tv”xəbər verir ki, Herat vilayətindən olan jurnalistin verdiyi məlumata görə, naməlum şəxslər evə daxil olaraq ata, ana və onların üç övladının başını kəsərək qətlə yetiriblər.

Jurnalistin bildirdiyinə görə, hələlik heç bir qrup yaxud şəxs cinayət məsuliyyətini öz üzərinə götürməyib və Herat əhalisi narahatlıq və qorxu içərisindədir.

Əfqanıstan mediasına açıqlama verən Taliban qruplaşmasının Heratdakı rəsmisi Sabit Hərəvi İncil şəhərində bir ailənin 5 üzvünün öldürüldüyünü təsdiqləyərək, cinayətin səbəbkarları barədə heç bir məlumatın olmadığını, lakin onların tapılması üçün səylərin davam etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button