Dünya

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötüb

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

Bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.

Daha öncə “Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button