Dünyaİran

Əfqanistanlı qaçqınlar İrandan çıxarılır

Tehranla Taliban hökumti arasında münasibətlərin yenidən gərginləşməsindən sonra İranda qaçqın həyatı yaşayan əfqanistanlılara qarşı təzyiqlər artıb.

Bu barədə sosial media kanallarında paylaşımlar edən əfqanistanlı qaçqınlar son bir neçə gün ərzində 2800 əfqanistanlı qaçqının İrandan çıxarıldığını yazıblar.

Taliban Hökumətinin Mühacirət Nazirliyi də yaydığı bəyanatda bunu təsdiq edib və geri qaytarılanların İslam qala sərhəd keçid məntəqəsində İran tərəfindən təhvil alındıqlarını bildirib.

Əfqanistanlı qaçqınlar pylaşımlarında geri qaytarılanların bəzilərinin Taliban hökumətinə müxalif olduqları üçün öldürülə və ya uzun müddətli həbslərə məhkum edilə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər Taliban hakimiyyətinin də etirazına səbəb olub.

Bir müddət əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, ötən bir il ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Bununla yanaşı İranda yaşayan gənc əfqanistanlıların Universitetlərdə oxumalarına da məhdudiyyətlər tətbiq edilib.

Cari ilin fevral ayında İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Beynəlxalq Tələbə İşləri üzrə Baş direktoru Cəfər Rəzzaqi Universitetlərin tədris işləri üzrə prorektorlarına yazdığı məktubda əfqanıstanlıların ali təhsil ocaqlarında ad yazdırmalarını dayandırmalarını tələb edib.

İran hökumətinin qoyduğu yeni qaydalarada deyilir ki, əfqanistanlı qaçqın tələbələr universitetlərə daxil olmaq üçün Əfqanıstana dönməli, oradan xarici pasport almalı sonra İrana geri qayıtmalıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button