Azərbaycan

Əfşar Mohebbi müvəqqəti azadlığa buraxılmasına razılıq verilmədi

Ərdəbil zindanında saxlanılan Əfşar Mohebbinin yaxınları yanvarın 13-də fəalın müvəqqəti azadlığa buraxılması üçün Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinə müraciət ediblər.

Bölmənin müstəntiqi Hatif Qasımzadə təyin olunan 50 milyon tümənlik girov qarşılığında Əfşar Mohebbi müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmasına razılıq verməyib.

İranın məhkəmə sistemi başçılarının son vaxtlar məhbusların sayının azaldılması üçün onların girov qarşılığında, nəzarətli şəkildə sərbəst buraxılmaları barədə iddialarının əksinə olaraq,

Qeyd edək ki, ərdəbilli milli fəal üçün təyin olunan 50 milyon tümənlik vəsiqənin ödənilməsindən 23 gün keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə və qanuna zidd olaraq onun sərbəst buraxlmasına imkan verilmir.

Ərdəbilli milli-mədəni fəal Əfşar Mohibbi dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda” və “hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib.
Əfşar Mohibbi qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib.

Mohebbi bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib.

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button