İran

Əhərdə dolu nəticəsində əkin sahələrinə ziyan dəyib

Əhər şəhristanına güclü dolu yağıb. Təbii hadisə nəticəsində əkin sahələrinə ciddi ziyan dəyib. Məsələ ilə bağlı İslami Şura Məclisinin Əhər və Heris üzrə nümayəndəsi Əhməd Məhərrəmzadə bildirib. Məlumata görə, son bir ildə kəskin hava şəraiti ilə bağli olaraq əkin sahələrinə dəyən xəsarətin həcmi 184 milyard tüməndir.
Əhməd Məhərrəmzadənin sözlərinə görə, dolu səbəbindən dəyən ziyanın qarşısının alınması üçün istifadə olunan əkinçilik dəstqahlarının azlığı da müşküllərin miqyasını genişləndirir. Özəlliklə yağışlı günlərdə həmin dəstqahların işində ciddi problemlərin yarandığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button