İran

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Dünən İranda prezidentliyə adayların qeydiyyatı başa çatıb. Seçkilərə az müddət qaldığı bir dövrdə adaylar arasında rəqabət elə adyazdırmalardan başladı. Seçki qanununa görə, Nigəhban Şurası seçkilərdə iştiraka uyğun olan adayları bəlli edəcək. Bu il də yüzlərlə insan aday olmaq üçün Tehranda Daxili İşlər Baxanlığına axın etdi. Bu ili öncəki illərdən fərqləndirən cəhət onlarla tanınmış siyasətçinin qeydiyyat üçün sırada yer alması oldu. Seçki Sitadının verdiyi bilgiyə görə, 5 günlük müddətdə 592 nəfər prezidentliyə adaylıq üçün qeydiyyatdan keçib ki, onlardan 40 nəfəri xanımdır. Açıqlamaya görə, 320 nəfərin yüksək lisans və üstündə ali təhsili var. Bu da Nigəhban Şurasının 320 nəfər içərisindən adaylar listəsini təyin edəcəyi analamını ifadə edir. Çünki Nigəhban şurasının yeni qərarına görə, prezidentliyə aday olmaq istəyənlərin ən azı yüksək lisans təhsili olmalıdır. Ancaq ölkədə vətəndaşların seçkilərdə iştirakına yaş ilə təhsil deyil, onların hakimiyyətə olan siyasi baxışları qərar verir. Ona görə də yenə də yüzlərlə adyazdıranların bir neçə nəfərindən başqa qalanları rədd səlahiyətlə sıradan çıxarılacaq. Ötən 40 ildə İran İslam Cümhuriyyətində onlarla seçki keçirilib. Ancaq heç bir zaman müxalif fikirli bir şəxsin seçkilərdə aday kimi seçilməsinə belə icazə verilməyib. Belə ki, İran hakimiyyəti seçkiləri hər zaman məşruiyyət fürsəti kimi görür. Qısaca, daxildə və xaricdə demokratik, seçkilərlə dayanan bir sistem olduğunu göstərməyə çalışır. Əli Xaməneyi seçkilərə qatılımın bu baxımından önəmini dəfələrlə vurğulayıb. Ancaq son zamanlarda bütün təbliğatlara baxmayaraq, səsvermədə iştirak sayı kəskin azalıb. Örnək olaraq məclis seçkilərini qeyd edə bilərik. Belə ki, məclis seçkiləri İslam Cümhuriyyəti tarixində ən az seçicinin iştirak etməsi baxımından yaddaşlara həkk olundu. Hətta Tehran kimi böyük şəhərlərdə seçicilərin iştirakı yüzdə 26-ya endi. Ölkədə azad mediaya fəaliyyət icazəsi verməyən hakimiyyət hər zaman seçici sayını daha çox göstərməyə çalışır. Artıraq ki, təxminən 50-dən çox tanınmış siyasətçi prezident seçkilərinə adaylığını irəli sürüb. Nigəhban Şurası ən son 10 nəfərə seçkilərdə iştirak icazəsi versə də, siyasi cinahlar təsənnüi rəqabət ortamı yaratamağa çalışırlar. Bütün bu olaylar millətin gündəlik dolanışığını təmin edə bilmədiyi bir çağda baş verir. Belə ki, bir səhnəciyə oxşayan və gerçəklikdən uzaq seçkilərə görə onlarla siyasətçi mübarizə aparır. Millətin sözü və dərdi yerinə bir-biri ilə rəqabət aparan bu şəxslər əslində 40 ildir sistemin içərisində bu məsuliyətdən o məsuliyətə dönməklə tanınırlar. Heç bir gəncə, yeni düşüncəyə yer verilməyən ölkənin durumunu düzəltməklə ilgili vədələr verirlər. Xanımların seçkilərdə iştirakına icazə verilməməsi də İran rejiminin siyasətlərinin başında gəlir. Vurğulayaq ki, seçicilərinin iştirak sayının azlığı Tehran hakimiyyətinin qorxudan əsas məsələlərdəndir. Başqa tərəfdən isə həqiqi seçkilərə və demokrasinin hakim olmasına qətiyyən icazə verilmir. Nəticədə hakimiyyət çeşidli siyasi oyunlarla milləti seçki hövzələrinə çəkməyə çalışır. Bunlardan biri də Təbriz millət vəkili anatərəfindən kürd olan Məsud Pezeşkiyanın projəsidir. Başqaları ilə müqayisədə sanki fəsadı olmayan Pezeşkiyan bir müddətdir Güney Azərbaycandan danışır. Hətta bəzən federalizmə bağlı sözlər də dilə gətirir. Ancaq 40 ildir qanunla icazə verilən ana dilində təhsili güvənlik məsələsi kimi görən rejimin bu vədələrin gerçəkləşdirilməsinə şərait yaratmayacağı bilinəndir. Belə ki, Həsən Ruhani o qədər vədə dən sonra 8 ilin sonunda ana dilində təhsili təhdid kimi gördü. İndi də Pezeşkiyan anidən qeyri-farsların qayğısına qalmağa başlayıb. Böyük ehtimal Pezeşkiyan da populist sözlərlə türklərin həssas olduğu mövzulardan faydalanmağa çalışır. Ancaq İranda bu kimi vədələrin heç vaxt yerinə yetirilmədiyini unutmamalıyıq!

Related Articles

Bir cavab yazın

Back to top button