İran

Əhərdə elektrik təchizatının oğurlanması halları artıb

Ölkədə və Əhər vilayətində elektrik təchizatının oğurlanması halları artıb. Məsələ ilə bağlı Əhər Vilayətinin Elektrik Paylama Şəbəkəsinin müdiri məlumat verib. Kazım Tarıverdi Pur bu durumun qarşısını almaq məqsədilə polis məmurları ilə həmkarlıq etdiklərini söyləyib. Nəzarətin artırılması ilə oğurluq hallarında azalma qeydə alınıb. Bunda başqa, elektrik transformatorlarına özəl qurğuların quraşdırıldığı və ən kiçik titrəyişdə siqnal sisteminin işə düşdüyü bildirilib. “Elektrik kabeli və simin oğurlanması Elektrik İdarəsinə mali ziyan vurur və şəhərin elektrik təminatına təsir göstərir. Enerji Vizarəti növbəti 3 ildə ölkənin elektrik şəbəkəsində istifadə edilən mis tellərin dəyişdirilməsi yönündə işlər görəcək. Mis əvəzinə alüminium kabellərdən istifadə nəzərdə tutulub. Bu tərhin icrasına gələn ildən başlanılacaq”,-deyə Əhər Vilayətinin Elektrik Paylama Şəbəkəsinin müdiri qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button