İran

Əhərdə koronavirusa yoluxanların statistikası açıqlanıb

Əhər şəhərində koronavirus mərizlərinin sayı 2600 nəfəri ötüb. Bu barədə Əhər şəhər Sağlıq-Müalicə Şəbəkəsinin müdiri Məhəmməd Mirzapur məlumat verib. Onun sözlərinə görə, şəhərdə COVID-19 mərizlərinin sayı 2618 nəfərə yüksəlib. Onlardan 330 nəfərin kənd sakini olduğu açıqlanıb. Məhəmməd Mirzapur bildirib ki, bugünədək mərizlərdən 86 nəfəri həyatını itirib.
Məlumata görə, hazırda 56 koronavirus mərizi mərizxanaya yerləşdirilib ki, onlardan 20-si koronavirus şöbələrində müalicə alır, 9-u isə məsnoi tənəffüs dəstqahına qoşulub.
Məhəmməd Mirzapur maskdan istifadə, ictimai fasilənin qorunması və şəxsi sağlamlığa əməl etməyin önəmini də diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button